ABŞ Dövlət katibinin müavini Avropa İttifaqı xarici fəaliyyət xidmətinin baş katibi ilə söhbəti zamanı Ukrayna, Moldova və Gürcüstanın Avroatlantik səylərinə qarşı dəstəyini xüsusilə qeyd etdi
ABŞ Dövlət katibinin müavini, Vendi Şerman Avropa İttifaqı xarici fəaliyyət xidmətinin baş katibi, Stefano Sannino ilə söhbəti zamanı Ukrayna, Moldova və Gürcüstanın Avroatlantik səylərinə qarşı ABŞ-ın dəstəyini xüsusilə qeyd etdi. Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
“Dövlət katibinin müavini, Vendi Şeman bu gün Avropa Xarici fəaliyyət xidmətinin baş katibi Stefano Sannino ilə söhbət etdi və onlar Ukraynanı dəstəkləmək və Rusiyanın qəddar və əsassız müharibəsinə görə məsuliyyət daşımaq da daxil olmaqla, geniş spektrli ümumi problemlər üzrə yaxından əlaqələndirməyə davam etdilər. Onlar Ukraynanın iqtisadi və maliyyə davamlılığını gücləndirmək və dünyanı vacib ərzaq ehtiyatları ilə təmin etmək üçün onun kənd təsərrüfatı məhsullarını ixrac edə bilməsini təmin etmək üçün birgə səyləri müzakirə etdolər. Dövlət katibinin müavini ABŞ-ın Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkanların Avroatlantik səylərini dəstəklədiyini xüsusilə qeyd etdi”, – Dövlət Departamentinin yaydığı məlumatda deyilir.