ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen İrəvana rəsmi səfərə gələcək.   ABŞ
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen İrəvana rəsmi səfərə gələcək. ABŞ

dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen iyunun 10-12-də İrəvanda rəsmi səfərdə olacaq. O`Brayen bu barədə sosial şəbəkədə məlumat yayıb.

Erməni medialarının məlumatına görə, ABŞ-Ermənistan strateji dialoqu çərçivəsində keçiriləcək görüşə dövlət katibinin köməkçisi rəhbərlik edəcək. Görüşdə tərəflər ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində əldə olunan mühüm irəliləyişdən danışacaq və gələcək addımları müzakirə edəcəklər.

Səfər çərçivəsində Cim O`Brayen Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək. İş adamları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş də nəzərdə tutulub.