ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole Gürcüstana rəsmi səfər edib
ABŞ dövlət katibinin siyasət üzrə baş müşaviri Derek Şole Tbilisidədir.
ABŞ-ın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin nümayəndələri, müxalifət partiyalarının üzvləri və vətəndaş cəmiyyəti liderləri ilə görüşlər keçiriləcək.
Eyni zamanda, görüşlər zamanı dövlət katibinin müşaviri Gürcüstana güclü, təhlükəsiz və çiçəklənən demokratiya qurmağa kömək etmək üçün ikitərəfli əməkdaşlığın yollarını müzakirə edəcək.