ABŞ Dövlət Departamentinin mətbuat katibi- Saakaşvilinin məsələsini diqqətlə izləyirik, tibbi yardımı təmin etmək hökumətin məsuliyyətidir, biz bu məsələnin monitorinqini davam etdirəcəyik
ABŞ Dövlət Departamentinin mətbuat katibi- Saakaşvilinin məsələsini diqqətlə izləyirik, tibbi yardımı təmin etmək hökumətin məsuliyyətidir, biz bu məsələnin monitorinqini davam etdirəcəyik

 
ABŞ Dövlət Departamenti Mixeil Saakaşvilinin məsələsini diqqətlə izləyir, biz onun səhhətindən olduqca narahatıq -bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metiu Miller Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinə ABŞ-ın Gürcüstandakı 5 keçmiş səfirinin Gürcüstan hökumətini Mixeil Saakaşvilinin müalicəsini təmin etməyə çağıran bəyanatı ilə bağlı sual ünvanlanıb.

Metiu Miller Saakaşvilinin insan hüquqlarının qorunmasını təmin etmək üçün ehtiyac duyduğu tibbi yardımı təmin etməyin hökumətin məsuliyyəti olduğunu Gürcüstan hökumətinə dəfələrlə dediklərini bildirib.

“Mixeil Saakaşvilinin məsələsini diqqətlə izləyirik. Onun səhhətindən olduqca narahatıq. Biz dəfələrlə Gürcüstan hökumətinə həm ictimai şəkildə, həm də şəxsən demişik ki, insan hüquqlarının müdafiəsini təmin etmək üçün onun ehtiyac duyduğu tibbi yardımla təmin edilməsi məsuliyyətini hökumət daşıyır. Biz bu məsələnin olduqca sıx monitorinqini davam etdirəcəyik”- deyə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metiu Miller açıqlayıb.