ABŞ Dövlət Departamentinin mətbuat katibi- ABŞ Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatlıq hissi keçirir, Gürcüstanın hava limanlarındakı şirkətlər sanksiya riski ilə üzləşə bilərlər

ABŞ Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatlıq hissi keçirir, Gürcüstanın hava limanlarındakı şirkətlər sanksiya riski ilə üzləşə bilərlər-bu barədə brifinqdə Dövlət Departamentinin mətbuat katibi Metiu Miller açıqlayıb.

Millerə Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası və ABŞ-ın buna reaksiyası ilə bağlı sual ünvanlanıb.

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin hava məkanına daxil olmasını qadağan edib. Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu, Gürcüstan hava limanlarındakı şirkətlərin sanksiya riski ilə üzləşə biləcəyi mənasına gələ bilər. Biz bütün Qərb cəmiyyəti bu rejimdən uzaqlaşmışıq və indi Rusiya ilə münasibətləri inkişaf etdirməyin vaxtı deyil”-deyə Miller açıqlayıb.