ABŞ Dövlət Departamenti - Vendi Şerman Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyi bir daha təsdiqləyir
ABŞ Dövlət Departamenti - Vendi Şerman Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyi bir daha təsdiqləyir

ABŞ Dövlət Departamenti dövlət katibinin müavini Vendi Şerman ilə Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Agentliyin sözçüsü Ned Preysın bəyanatına görə, söhbət zamanı dövlət katibinin müavini Gürcüstanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

Vendi Şerman qeyd edib ki, ABŞ Rusiyanı qüvvələrini müharibədən əvvəlki mövqelərə çəkməyə və 2008-ci il atəşkəs razılaşmasına əməl etməyə çağırmaqda davam edəcək.

Dövlət katibinin müavini Şerman və xarici işlər naziri Zalkaliani suveren dövlətlərin hüquqlarını qorumaq, öz təhlükəsizlik mexanizmlərini seçmək, habelə Rusiyanın hazırkı təcavüzü qarşısında Gürcüstan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyin zəruriliyini vurğulayıblar. Tərəflər həmçinin Avropada sülh və təhlükəsizliyin necə gücləndirilməsini müzakirə ediblər.