ABŞ Dövlət Departamenti tərəfindən Otar Partsxaladze ilə bağlı verilmiş açıqlamaya görə, DTX məsələni öyrənməyə başlayıb
ABŞ Dövlət Departamenti tərəfindən Otar Partsxaladze ilə bağlı verilmiş açıqlamaya görə, DTX məsələni öyrənməyə başlayıb

 
Dövlət Təhlükəsizliyi Xidmətində Otar Partsxaladze ilə bağlı məsələnin araşdırıldığını bildiriblər.

“İctimaiyyətin yüksək marağından irəli gələrək, nəzərinizə çatdırırıq ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində ABŞ Dövlət Departamentinin Otar Partsxaladze ilə bağlı verdiyi bəyanatla bağlı məsələ araşdırılır” – deyə məlumatda bildirilir.

ABŞ Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsi ilə əlaqədar 150-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Sanksiya tətbiq edilənlər arasında Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze də var.