ABŞ Dövlət Departamenti - Rusiya qüvvələrini çıxarmalı və Gürcüstan ərazisinin işğalını dayandırmalıdır
ABŞ Dövlət Departamenti - Rusiya qüvvələrini çıxarmalı və Gürcüstan ərazisinin işğalını dayandırmalıdır

 
Rusiya qüvvələrini çıxarmalı və Gürcüstan ərazisinin işğalını dayandırmalıdır-bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Jurnalistin ABŞ-ın gürcü xalqına bu istiqamətdə yardım etmək üçün nə edir sualına Miller cavab verib ki, Amerika rus qüvvələrinin Gürcüstan ərazisindən çıxarılmasını nəzərdə tutan siyasətə dəstəyini açıq şəkildə ifadə etməyə davam edir.

“Sadəcə Rusiyanın məsuliyyətə cəlb edilməsi baxımından deyərdim ki, əgər Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalara nəzər salsanız və bəli, bu, Ukraynanın işğalına cavab olaraq atılıb, bu Rusiyanın hərbi imkanlarını azaldıb. Bu, Rusiya iqtisadiyyatına ziyan vurdu. Beləliklə, mən hesab edirəm ki, bizim Rusiyanın üzərinə məsuliyyətin qoyulması ilə bağlı çox güclü mövqeyimiz var” -deyə Dövlət Departamentinin sözçüsü açıqlayıb.

Eyni zamanda, jurnalist Metyu Millerdən Zelenkinin “sülh formulu”nun Gürcüstana da uyğun olduğunu düşünüb-düşünmədiyini soruşub, spiker cavabında iki fərqli vəziyyətə malik ölkələri müqayisə etmək istəmədiyini deyib.