ABŞ Dövlət Departamenti "RaHDit" rus haker qrupu haqqında məlumat qarşılığında pul mükafatı təyin edir
ABŞ Dövlət Departamenti "RaHDit" rus haker qrupu haqqında məlumat qarşılığında pul mükafatı təyin edir

 
ABŞ Dövlət Departamenti “RaHDit” rus haker qrupu haqqında məlumat qarşılığında 10 milyon dollara qədər mükafat təyin edir.

Müvafiq məlumat ABŞ-nin Gürcüstandakı səfirliyinin saytında dərc olunub.

“Sözügedən haker qrupu rus dövlət media vasitəsi RT və rus kəşfiyyat xidmətləri ilə bağlıdır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabiti Aleksey Qaraşçenko onun rəhbəridir.

“RaHDit”in müxtəlif ölkələrin seçki prosesinə müdaxilə tarixi var. Bununla yanaşı, kiber əsaslı təsir əməliyyatları ilə qrup 2024-cü ilin ABŞ prezident seçkilərinə müdaxilə cəhdi təhlükəsi olaraq qəbul edilir.

“RaHDit”, onunla əlaqəli şəxslər və subyektlər və ya Rusiya hökuməti tərəfindən məqsədi ABŞ seçkilərinə müdaxilə olan səylər barədə məlumatınız varsa, “Signal”, “Telegram”, “WhatsApp” nömrəsi : +1-202-702-7843 və ya posterdə qırmızı rənglə qeyd edilmiş təhlükəsiz linkdən Dövlət Departamenti ilə əlaqə saxlayın. Məlumatınız sizə mükafat və yaşayış yerini dəyişmək hüququ verə bilər” – səfirliyin yaydığı məlumatda qeyd olunub.