ABŞ Dövlət Departamenti Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb
ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb.
Dövlət Departamenti deyir ki, , Xalq Müdafiəçisinin tibbi qrupun yaradılmasını alqışlayır. ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Saakaşviliyə ədalətli davranmağa və ombudsmanın tövsiyələrinə əməl etməyə çağırır.
“Biz Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs olunduğu oktyabrın 1-dən onunla rəftarı diqqətlə izləyirik. Biz Gürcüstanın Xalq Müdafiəçisinin Saakaşvilinin səhhətini və həbsxana xəstəxanasındakı tibbi avadanlıqları qiymətləndirmək üçün müstəqil həkim qrupunun yaradılmasını nəzərdə tutan nəzarət işini təqdir etmək istərdik.
Biz Gürcüstan hökumətini Saakaşviliyə ədalətli və ləyaqətlə yanaşmağa, eləcə də Saakaşviliyə düzgün münasibətlə bağlı ombudsmanın tövsiyələrini dinləməyə çağırırıq.
Biz həmçinin hökuməti ciddi şəkildə tələb edirik ki, Saakaşvilinin beynəlxalq hüquqa uyğun olaraq ona qarşı bütün cinayət proseslərində iştirak edə bilməsini təmin etsin. Saakaşvilinin ədalətli məhkəmə araşdırması hüququ var ki, bu da o, xahiş etdiyi təqdirdə məhkəmə iclaslarında şəxsən iştirak etmək imkanı deməkdir, – Dövlət Departamentinin bəyanatında deyilir.