ABŞ Dövlət Departamenti - İlham Əliyevlə söhbətində Entoni Blinken Ermənistanla sülh razılaşmasının tezliklə əldə olunmasının vacibliyini vurğulayıb
ABŞ Dövlət Departamenti - İlham Əliyevlə söhbətində Entoni Blinken Ermənistanla sülh razılaşmasının tezliklə əldə olunmasının vacibliyini vurğulayıb

 

ABŞ dövlət katibi ilə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Blinken Azərbaycanın Prezidenti ilə söhbətində təsdiqləyib ki, Birləşmiş Ştatlar istənilən yolla gələcək qarşılıqlı fəaliyyətə dəstək verməyə hazırdır, bu da Ermənistan və Azərbaycan üçün faydalı olacaq.

“Dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyişi qeyd edib və razılığın tezliklə əldə olunmasının vacibliyini vurğulayıb”- Dövlət Departamentinin bəyanatında deyilir.

Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatına əsasən, Blinken telefon danışığında ikitərəfli münasibətlərin bərpasının vacibliyini də vurğulayıb.

“Dövlət katibi bir daha Azərbaycanı insan hüquqlarının müdafiəsi baxımdan beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs edilənlərin hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu tez bir zamanda etməyə çağırıb” – deyə bəynatda deyilir.