ABŞ Dövlət Departamenti Gürcüstanı ən təhlükəsiz ölkələr siyahısına daxil etdi
ABŞ Dövlət Departamenti Gürcüstanı səyahət etmək üçün ən təhlükəsiz ölkələr siyahısına daxil etdi.
ABŞ-ın diplomatiya idarəsi ölkələri təhlükəsizlik baxımında dörd kateqoriyaya böldü.
İlk və ən təhlükəsiz ölkələr kateqoriyasına Gürcüstan da daxil oldu, ancaq dövlət departamenti vətəndaşlarını xəbərdar edir ki, Rusiya tərəfindən işğal edilən ərazilərdən uzaq dursunlar.
Birinci kateqoriyaya Gürcüstanla bərabər Skandinaviya ölkələri də daxil oldular.
İkinci kateqoriyaya qərb Avropa ölkələri daxil oldu və orada kriminal baxımından daha diqqətli olmaq gərəkdiyi qeyd olunur.
Digər iki kateqoriyaya isə, vətəndaşların səyahatı üçün təhlükəli ölkələr daxildir.
Dövlət Departamenti vətəndaşları xəbərdar edir ki, 3-cü və 4-cü kateqoriyalı ölkələrdə problemin yarandığı halda, ölkədəki diplomatik missiya onlara zamanında yardım edə bilməyə bilər.