ABŞ Dövlət Departamenti Gürcüstana raketəqarşı texnika verməyə hazırdır
ABŞ Dövlət Departamenti Gürcüstana Javelin – raketə qarşı kompleksin verilməsini dəstəklədi.
Söhbət 75 milyon dollarlıq hərbi texnikadan gedir.
Bu barədə məlumatı ABş-ın Müdafiyə Nazirliyinin tabeliyində olan müdafiyə və təhlükəsizlik əməkdaşlığı agentliyi yayır. Agentliyin pres relizində deyilir ki, müvafiq bəyanat artıq konqresə də bildirilib.
“Gürcüstan iqtidarı 410 Javelin raketə-qarşı kompleksi, 72 məqsədə doğru buraxılan blok, 10 təlim kompleksi və digər hərbi texnika almaq niyyətini bildirdi. Müvafiq olaraq da, ABŞ iqtidarı bu texnikaları Gürcüstana nəql etməyə hazırdır” – deyilir pres-relizdə.
ABŞ-ın Müdafiyə Departamentində vurğulayırlar ki, Gürcüstana hərbi texnikanın verilməsi regionda mövcud olan balansı pozmayacaq.