ABŞ Dövlət Departamenti - Gürcüstan trefikinqin qarşısının alınmasının minimal standartların tam şəkildə qane edir
Gürcüstan trefikinqin qarşısının alınmasının minimal standartların tam şəkildə qane edir, – bu barədə ABŞ Dövlət departamentinin hər illik hesabatında deyilir.
Sənədin müəllifləri qeyd edirlər ki, hesabat dövründə, trefikinqlə mübarizədə Gürcüstan iqtidarı ciddi və stabil cəhdlər göstərdi.
Bununla yanaşı, hesabatın müəllifləri bəyan edirlər ki, Gürcüstanda küçədə yaşayan uşaqların identifikasiyası hələdə problem olaraq qalır və 2017-ci ildə, iqtidarın maddi yardımı ilə, qeyri-hökümət təşkilatları küçədə yaşayan sadəcə 105 uşağın identifikasiyasını edə bildilər.
Dövlət departamentinin hesabatında diqqət o fakta da yetirlir ki, Gürcüstan son beş il ərzində trefikinqə qoşulan şəxslər üçün tranzit ölkəsi olaraq qalır. Söhbət əsasən, ekspluatasiya xasiyyətli trefikinqdən gedir.
Sənəddə həmçinin deyilir ki, Gürcüstanda gürcü, siqan və kürt uşaqlarını dilənçilik etməyə məcbur edirlər.
“Gürcüstan iqtidarı trefikinq qurbanlarını kompensasiya almaq imkanları ilə təmin etməlidir. Eyni zamanda, trefikinqə qarşı aparılan mübarizə prosesini daha şəffaflaşdırılmalıdır və həmçinin, insanları küçədə dilənçilik etməyə məcbur edilmə hallarının qarşısının alınması üçün idarələrarası strategiya yaratmalıdır” – deyilir hesabatda.