ABŞ-ın Müdafiyə Departamenti - Gürcüstan ABŞ üçün həddindən artıq önəmli strateji partnyordur
Gürcüstan ABŞ üçün həddindən artıq önəmli strateji partnyordur, – bu barədə ABŞ-ın Müdafiyə Departamenti tərəfindən yayılan pres-relizdə deyilir.
ABŞ-ın Müdafiyə idarəsində bəyan edirlər ki, Gürcüstan ABŞ-la ortaq dəyərləri və maraqları paylaşır.
Press-relizdə Vaşinqtonda, ABŞ-Gürcüstan strateji partnyorluq konfransında, ABŞ-ın Müdafiyə katibi Robert Karem tərəfindən nitqlə çıxış zamanı edilən bəyənatlar təqdim edilib.
ABŞ-ın Müdafiyə Katibi, ABŞ tərəfindən Gürcüstana yardım etmək üçün atılan addımlar haqqında söz etdi. O Gürcüstanın Silahlı Qüvvələrinin silahlandırılması və hazırlanması proqramına diqqət yetirdi.
Robert Karemin bəyanatına görə, Gürcüstan ərazilərinin 20 faizinin Rusiya tərəfindən işğal edildiyi halda belə, əldə etdiyi müvəffəqiyyət inanılmazdır.
“Gürcüstanın nail olduğu tərəqqi ilə fəxr etməmək mümkün deyil. Bu qədər çağırışlara və zorluqlara rəğmən, o öz xalqının maraqlarını və avroatlantik inteqrasiya kursunu seçdi.
Gürcüstanın Müdafiyə sahəsinin modernizasiyası və keçirdiyi islahatlarla digər ölkələr üçün misaldır” – dedi Müdafiyə Katibi.