Amerika Birləşmiş Ştatları növbəti diplomatik skandala qarışdı.
Bu səfərki skandalın səbəbi ABŞ tərəfindən Yerusəlimin İsrailin paytaxtı olaraq elan edilməsi oldu.
Dekabr 18-də, ABŞ Misir tərəfindən, Yerusəlimin statusunun dəyişdirilməsinin qeyri-məqbul olduğu barədə irəli sürülən rezolyusiaya veto qoydu, ancaq Kahirə həmin sənədin BMT-nin Baş Assambleyasında müzakirəsini tələb etdi.
Belə halda, Vaşinqtonun artıq veto qoymaq haqqı yoxdur, rezolyusiyanın qəbulu üçün isə, 193 ölkənin razılığı yetərlidir.
Buna görə də, ABŞ əlindəki ən güclü vasitələrdən istifadə etməyə qərar verdi və qeyd olunan rezolyusiyayı dəstəkləyən ölkələrin maddi yardımını kəsəcəyinindən söz etdi.
“Biz bu səs vermə prosesini diqqətlə izləyirik” – dedi Tramp.
CNN-in yaydığı statistik göstəricilərə görə, Amerikadan maddi yardım alan ölkələr arasında, başda İsrail, Əfqanistan, Misir, Yordaniya, Pakistan, Filipinlər, Keniya, Ukrayina, Kolumbiya olmaqla 10-larla ölkə var.