ABŞ-da tornado nəticəsində ən azı 100 adam öldü
ABŞ-da tornado nəticəsində ən azı 100 adam öldü

ABŞ-ın mərkəzi ştatlarında tornado nəticəsində ən azı 100 adam öldü. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Ötən gün Kentukki ştatında tornado azı 70 nəfərin həyatına son qoydu. Tornado hazırda binada 110 nəfərin olduğu şam fabrikini vurdu. Xilasedicilər 40 nəfəri xilas edə bildilər.

Missuri evləri, polis və yanğınsöndürmə xidmətinin binalarını, qocalar evini, həmçinin kənd təsərrüfatı sahələri dağıdılıb.

İllinoys ştatında tornado “Amazon” şirkətinin anbarını dağıtdı, nəticədə anbarın damı uçdu. Ən azı altı nəfər həlak olub.

Hər üç ştatın xilasediciləri indiyədək onlarla itkin düşmüş şəxsi axtarırlar. Kentukki qubernatoru tornadonu ştat tarixində ən dağıdıcı adlandırdı.

Prezident Co Bayden Kentukki ştatında fövqəladə vəziyyət elan etmək qərarına verdi. O, zərərçəkənlərə məhdudiyyətsiz yardım göstərəcəyini vəd etdi.

Bundan başqa, prezident Ətraf Mühitin Mühafizəsi Agentliyinə iqlim dəyişikliyinin tornadoların əmələ gəlməsində oynadığı rolu araşdırmağı t həbalə etdi.