ABŞ-da Rusiya vətəndaşına hakerliyə görə, 12 il həbs cəzası verildi
Reuters-in məlumatına görə, ABŞ-da Rusiya vətəndaşına hakerliyə görə, 12 il həbs cəzası verildi.
Vladimer Drinkmanın həbs edilməsi haqqında qərarı Nyu-Cersi ştatının Kamden şəhərinin məhkəməsi verdi.
Yenə bir Rusiya vətəndaşı olan hakerə, Dmitri Smilyanetsə isə, məhkəmə dörd il həbs cəzası verdi.
Bu hakerlər ABŞ tarixinin ən böyük kiber-hücumunda ittiham edilirlər.
Hakerlər 160 milyon kredit kartlarının göstəricilərini oğurlayırdılar.
Hakerlərin kiber-hücümuna məruz qalan şirkətlər: Dow Jones, NASDAQ, JetBlue, ticarət mərkəzləri J.C. Penney və 7-Eleven, həmçinin, fransız şirkəti Carrefour-dur.
Hakerlərin “fəaliyyəti” nəticəsində, vurulan zərər tam 312 milyin dolları təşkil edir.
Drinkin 2012-ci ildə Hollandiyada yaxalandı.
2015-ci ildə o öz suçunu etiraf etdi.
Eyni cinayətdə ittiham edilən yeni iki Rusiya və bir Ukrayna vətəndaşı isə, hazırda axtarışdadırlar.