ABŞ-da keçirilən “ən yaxşı döyüşçü müsabiqəsi”ndə gürcü əsgərləri mübarizə aparıblar
ABŞ-ın Corciya ştatında keçirilən “ən yaxşı döyüşçü müsabiqəsi”ndə gürcü hərbçiləri uğurla çıxış ediblər. Bu barədə məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.
Agentliyin məlumatına görə, Gürcüstan Müdafiə Qüvvələrinin komandiri general-mayor Giorgi Matiaşvili kiçik çavuş Paata Sabiaşvili və onbaşı-mütəxəssis İrakli Nozadzeni uğurları münasibətilə təbrik edib və onlara dəstək vəd edib.
Gürcü və amerikalı əsgərlər atışma, tam təchizatlı yürüş-tullantı, fiziki normativin keçməsi, hərbi topoqrafiya, yanğın və tibbi hazırlıq, rabitə, eləcə də döyüş mühiti və suda hərəkətdə mübarizə aparıblar.
“Ən yaxşı döyüşçü müsabiqəsi” Gürcüstan Müdafiə Qüvvələri ilə ABŞ-ın Corciya ştatı arasında 30 illik əməkdaşlığa həsr olunub və Gürcüstan Müdafiə Qüvvələrinin hərbçiləri və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının əməkdaşları iştirak ediblər.