ABŞ-da çılpaq kişi barda dörd nəfəri qətlə yetirdi. Cinayət Tennessi ştatında baş verdi. Atəş zamanı həmçinin iki insan yaralandı. Yayılan məlumata görə, tamamilə çılpaq olan kişi, Neşvili şəhərində yerləşən 24 saatlıq kafe-bara daxil oldu və atəş açdı. Ona vətəndaşlardan biri müqavimət göstərdi və silahı əlindən aldı.
Cinayətkar qaçıb gizləndi. Polis artıq onun kimliyini müəyyənləşdirib. O, 29 yaşlı Trevis Reykinqdir. Ona qarşı axtarış elan edilib.