ABŞ-da İsrail və HƏMAS arasında dərhal atəşkəs tələbi ilə mitinq keçirilib
ABŞ-da İsrail və HƏMAS arasında dərhal atəşkəs tələbi ilə mitinq keçirilib

ABŞ-da İsrail və HƏMAS arasında dərhal atəşkəs tələbi ilə nümayiş keçirilib. Vaşinqtonda minlərlə nümayişçi Ağ Evin qarşısında aksiya keçirib.

Etirazçılar əllərində “Soyqırımı dayandırın” və “İsrailə hərbi yardımı dayandırın” yazılmış plakatlar tutublar.

Nümayişçilər ABŞ prezidenti Co Baydendən atəşkəs üzərində işləməyi və İsraili dəstəkləməməyi xahiş etdiklərini bildiriblər.