ABŞ-da Harvard və Yel (Yale) Universitetlərinə qarşı istintaq başladı
Səudi Ərəbistan və Çindən gələn gizli maliyyələşdirilmə ilə bağlı ABŞ-da Harvard və Yel Universitetlərinə qarşı istintaq başladılıb.
ABŞ-ın Təhsil Departamentində bəyan edirlər ki, elitar təhsil müassisələrinə xaricdən gələn milyon dollarlıq hədiyyələrin və qoyulan müqavilələrin tam siyahısını hələ yaymayıblar.
BBC-nin məlumatına görə, Harvard və Yel Universitetləri hazırda cavab hazırlayırlar.
ABŞ qanunvericiliyinə əsasən, Universitetlər 250 min dollardan artıq olan hədiyyələr və xaricilərlə qoyulan müqavilələr haqqında məlumatı ictimailəşdirməli idilər, ancaq bunu etməyiblər.
ABŞ Təhsil Departamentinin məlumatına görə, keçən ilin iyul ayından sonra, qeyd olunan universitetlər, Səudi Ərəbistandan, Çindən, Qatardan və Ərəb Emirliklərindən 6.6 milyon dollarlıq hədiyyələr alıblar.
Təhsil Departamentinin məlumatına görə, son dörd ildə, Harvard və Yel Universitetləri tərəfindən qəbul edilən hədiyyələrin tam dəyəri 375 milyon dollardır.