ABŞ-da güclü qar fırtınası nəticəsində 4 nəfər ölüb

12:38, 22.01.2025

ABŞ-da güclü qar fırtınası nəticəsində 4 nəfər ölüb. – Bu barədə “BBC” məlumat yayıb.

Medianın məlumatına görə, pis hava şəraiti səbəbindən məktəblər və magistral yollar bağlanıb, ölkə üzrə 2200-dən çox aviareys təxirə salınıb, 3000 reysdə gecikmə var.

Nyu-York qubernatoru Kate Hochul Nyu-Yorkun qərbində onlarla əyalətdə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Luiziana, Missisipi və Alabama da daxil olmaqla bir sıra ştatların qubernatorları da fövqəladə vəziyyət elan ediblər.

Florida qubernatoru Ron DeSantis bildirib ki, Floridada qar nadir hadisədir, ona görə də infrastruktur fərqli dizayn edilib. DeSantis sakinləri evdə qalmağa çağırıb.

Oxşar