ABŞ-da, Florida məktəbinə hücüm edən şəxs həmin məktəbin sabiq şagirdidir
ABŞ-da, Florida məktəbinə hücüm edən şəxs həmin məktəbin sabiq şagirdidir

ABŞ-da, Florida məktəbinə hücüm edən şəxs həmin məktəbin sabiq şagirdi 19 yaşlı Nikolas Kruzdur.

Associated Press agentliyinin məlumatına görə, polis hücum edən şəxsin kimliyini açıqlamayıb, ancaq məktəb şagirdləri onu tanıyıblar.

Məktəb şagirdlərinin danışdıqlarına görə, Nikolas Kruz qəribə xasiyyəti ilə fərqlənirdi və buna görə də, məktəb şagirdlərinin əksəriyyəti onunla dostluq etmək istəmirdi.

Florida ştatının Marjory Stoneman Douglas High School-da baş verən silahlı atışma nəticəsində 17 nəfər həlak oldu.

Məktəbin sabiq şagirdi insanlara yarı avtomat silahından atəş açdı.

Hücum zamanı Nikolas Kruz əleyhqaz taxmışdı.

Baş verən hadisədən biraz sonra, onu məktəbin yaxınlığındaki bir digər məhəllədə həbs etdiər.