ABŞ-da “Covid-19”-un 52 810 yeni halı qeydə alınıb və 1388 nəfər həlak olub.
50 ştatın göstəriciləri ilə, virus 4 823 890 nəfərdə təsdiqlənib.
Onlardan ölüm hallarının sayı 158 250-dır.
Ölkənin əsas epidemioloqu Entoni Fauçun dediyinə görə, virusun tam şəkildə ləğv olunması ehtimalı çox azdır, çünki epidemiyanın yayılması sürətlə davam edir.