ABŞ-da antivirus proqram təminatı şirkəti “Kaspersky”ni Rusiya ilə əlaqələri səbəbindən qadağan ediblər
ABŞ-da antivirus proqram təminatı şirkəti “Kaspersky”ni Rusiya ilə əlaqələri səbəbindən qadağan ediblər

 
ABŞ-da antivirus proqram təminatı şirkəti “Kaspersky”ni Rusiya ilə əlaqələri səbəbindən qadağan ediblər. Məlumatı “Deutsche Welle” yayır.

Ticarət Departamentində, şirkətin Moskva ilə əlaqələrinin ABŞ-da istehlakçılar üçün təhlükə yaratdığını izah edirlər. Mediada yayılmış məlumata əsasən, şirkət bundan sonra ABŞ-da məhsulunu sata və ya yeniləyə bilməyəcək. Bu qərarın qəbulu isə Rusiyanın kiberhücumları təhlükəsi fonunda zərurətə çevrilib.

“Rusiya “Kaspersky” kimi rus şirkətlərindən amerikalıların şəxsi məlumatlarını toplamaq və onlardan silah kimi istifadə etmək imkanına və niyətinə malik olduğunu göstərdi. Məhz buna görə də biz bu gün tətbiq etdiyimiz tədbirləri görməyə məcburuq” – deyə bəyanatda deyilir. Qadağa sentyabrın 29-da qüvvəyə minəcək, bu da şirkətlərə yeni alternativlər axtarmağa imkan yaradacaq.

“Kaspersky”də onların hərəkətlərinin Amerikanın milli təhlükəsizliyinə təhlükə yaratmadığını və qərarın “geosiyasi iqlim və nəzəri narahatlıqlara” əsaslandığını bildirirlər.