ABŞ-da andlılar məhkəməsi Avtandil Xurtsitdzeyi suçlu elan etdi
ABŞ-da andlılar məhkəməsi Avtandil Xurtsitdzeyi suçlu elan etdi

Nyu-Yorkun rayon məhkəməsində keçirilən prosesdə andlılar məhkəməsi gürcü boksçusu Avtandil Xurtsidzeyi suçlu elan etdi.

Bu mərhələdə, ona neçə illik həbs cəzasının veriləcəyi hələlik məlum deyil. Bu haqda qərar sentyabrın 21-də veriləcək.

Andlılar məhkəməsinin verdikti məlum olduqdan sonra, Amerikanın Ədliyyə Departamenti pres-reliz yaydı, hansında deyilir ki, “qanuni oğru” Rajden Şulaia və sabiq dünya boks çempionu Avtandil Xurtsidze reketlikdə suçlu elan edildilər.

Avtandil Xurtsidze 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında keçirilən xüsusi əməliyyat zamanı həbs edildi. O rus mafyasının “bossu” olan Rajden Şulaianın Bruklində “sağ qolu” olmaqla ittiham edilir.