ABŞ-da 11 sentyabr terror aktından 20 il keçdi
ABŞ-da 11 sentyabr terror aktından 20 il keçdi

ABŞ-da “Al-Kaida” beynəlxalq terror təşkilatı tərəfindən həyata keçirilən terror aktından 20 il keçdi.

Terror aktı ilə bağlı ölkədə həlak olanların xatirəsini yad etmək üçün tədbirlər keçiriləcək. Tədbirlərə ABŞ prezidenti, Co Bayden rəhbərlik eədəck.

Co Bayden birinci xanım, Cil Baydenlə birlikdə hücumun üç yerini ziyarət edəcək. Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla altı dəfə yad edəcəklər.

2001-ci il 11 sentyabrda “Al-Kaidanın” intiharçı terrorçuları dörd sərnişin təyyarəsini qaçırdılar. Buradan iki təyyarə Nyu-Yorkun dünya ticarət mərkəzinin göydələninə çarpıldı. Daha bir təyyarəni terrorçular Vaşinqtonda Pentaqona çarpdılar. Dördüncü təyyarə isə, Pensilvaniyada düşdü. 2001-ci il 11 sentyabrda baş verən terror aktı nəticəsində ABŞ-da 2 977 insan həlak oldu.