ABŞ-ın BMT-dəki səfiri Sergey Skripalisin zəhərləndirilməsi məsuliyyətini Rusiyaya daşıdır
ABŞ-ın BMT-dəki səfiri Niki Heyli bəyan edir ki, Amerika Birləşmiş Ştatları Britaniyada kəşfiyyatın keşmiş agenti, Skripalisin zəhərləndirilməsi məsuliyyətini Rusiyaya daşıdır. Elə onun dediyinə görə, bu məsələ üzrə BMT-nin Təhlükəsizlik Şurası tədbirlər görməlidir.
“Amerika Birləşmiş Ştatları hesab edir ki, Böyük Britaniyada iki vətəndaşa hərbi dərəcəli sinir agenti ilə hücum, Rusiya məsuliyyətidir”, – Niki Heyli BMT-nin Təhlükəsizlik Şurasının iclasında bəyan etdi.
Britaniya hökumət başçısı qərar qəbul etdi ki, buna da əsasən Britaniya 23 rus diplomatını ölkədən qovur, Britaniyaya Rusiya Xarici İşlər nazirinin səfərini ləğv edir və Rusiya hakimiyyəti ilə yüksək səviyyəli hər cür əlaqəni kəsir.
Martın 12-də Tereza Mey Moskvaya 24 saatlıq ultimatum irəli sürdü və keçmiş rus kəşfiyyatçısı, Sergey Skripali və onun qızının zəhərləndirilməsi işi üzrə açıqlamanın verilməsini tələb etdi, əks təqdirdə sanksiyalarıa hədələdi. Birləşmiş Krallıq hesab edir ki, böyük ehtimalla, Skripalinin zəhərləndirilməsində Rusiya günahkardır.