ABŞ bəzi qeyri-miqrant vizalarının verilməsi məqsədi ilə müsahibələri 2022-ci ildə bərpa edəcək
ABŞ bəzi qeyri-miqrant vizalarının verilməsi məqsədi ilə müsahibələri 2022-ci ildə bərpa edəcək. Bu barədə ABŞ Dövlət Departamentində bəyanat verilib.
Pandemiya səbəbindən ölkələrin çoxunda viza müraciətinin müzakirəsi üçün aplikantlarla aparılan müsahibələr dayandırılmışdı.
“Kovid pandemiyası nəticəsində viza müraciətlərinə baxılma imkanları əhəmiyyətli dərəcədə azalıb. Vizaların verilməsinin gözləmə müddətini azaltmaq üçün qlobal səyahətləri bərpa edərkən müvəqqəti addım atırıq”-deyə Dövlət Departamentində verilən bəyanatda qeyd olunub.
Bundan sonra konsulluqlar tələbələr, idmançılar və sənətçilər də daxil olmaqla ondan çox kateqoriyadan olan viza almaq istəyənlərlə müsahibə təyin edə bilmə imkanına malik olacaqlar. Müzakirəsinin bərpa olunacağı viza kateqoriyalarının tam siyahısı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.