ABŞ Belorusiyaya qarşı yeni sanksiyalar qoydu.
Genişləndirilmiş sanksiyalar Belorusiya polisi və təhlükəsizlik orqanlarına aiddir.
ABŞ-ın Maliyyə Nazirliyində bəyan edirlər ki, ABŞ Belorusiyanın Daxili İşlər Nazirinin müavini Genadi Kazakeviin aktivlərinə qadağa qoyacaq.
ABŞ-ın sanskiyaları Minskdə və Belorusiyanın digər şəhərlərində keçirilən aksiyaları zorakılıqla dağıdan təhlükəsizlik orqanlarına da aid olacaq.
Belorusiyada avqustun 9-da keçirilən prezident seçkilərindən sonra başlayan aksiyalar bugünə qədər davam edir.
Demonstrantlar prezident seçkilərində Aleksandr Lukaşenkonun seçildiyini qəbul etmirlər.