ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Mixail Saakaşvilinin ailəsi Amerikanın "Akerman" lobbi şirkətinə 917 min 177 dollar ödəyib
Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin ailəsi Amerikanın “Akerman” lobbi şirkətinə 917 min 177 dollar ödəyib. Bu barədə məlumatı ABŞ Ədliyyə Departamenti yayır.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, tərəflər arasından qoyulan müqavilənin Giuli Alasaniya imzalayr.
Müqavilə 2022-cil iyulda imzalanıb. O vaxtdan bəri “Akerman” Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin dərhal azad edilməsi ilə bağlı hüquqi məsləhətlər verməklə məşğuldur.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Vəkil Massimo Dancelo ABŞ-ın Gürcüstandakı Səfirliyinin əməkdaşları, ABŞ senatoru Cin Şahinin ofisi, Qlobal Strateji Kommunikasiyalar üzrə mütəxəssis Kristofer Harvin və ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun katibi müavini ilə əlaqədə olub.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, “Akerman” şirkəti Mixail Saakaşvilinin işi üzrə tibbi və digər xidmətlərə görə 350 000 dollardan çox pul ödəyib.