Abxaziyadan qaçqın olan Zaur Qurçiani, iki aylıq məhbusluqdan sonra Suxumi izolyatorundan azad edildi
52 yaşlı Zaur Qurçiani iki aylıq məhbusluqdan sonra Suxumi izolyatorundan azad edildi.
Bu barədə məlumatı Birinci Kanala baş nazirin regional məsələlər üzrə müşavirinin apparatı verdi.
Zaur Qurçiani avqustun 5-də, işğal rejimi tərəfindən “sərhədi” pozmaq ittihamı ilə həbs edildi.
Zaur Qurçiani Abxaziya ərazisini dünən gecə tərk etdi və ailəsinə qayıtdı.
Ailə üzvlərinin dediyinə görə, Zaur Qurçianiyə fiziki təzyiq edilməyib, ancq onun psixoloji vəziyyəti ağırdır.
Zaur Qurçianinin ailəsi Gürcüstanın baş naziri Mamuka Baxtadze və Sozar Subariyə, Zaur Qurçianin evə sağ-salamat gəlməsi üçün əlindən gələni etdiklərinə görə təşəkkür etdi.
Zaur Qurçianinin evi Suxumi müharibəsi zamanı yanıb. Onun qohumları isə, hələdə Abxaziyanın Ajara kəndində yaşayırlar və Zaur Qurçiani periodik şəkildə, onların yanına gedirdi.