Abxaziya və Sxinvali regionundan qaçqınların statusu ilə bağlı BMT-də rezolyusiya qəbul edildi - Məcburi köçkünlər təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar
Abxaziya və Sxinvali regionundan qaçqınların statusu ilə bağlı BMT-də rezolyusiya qəbul edildi - Məcburi köçkünlər təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar

BMT-nin Baş assambleyası 73-cü sesiya çərçivəsində, Gürcüstan və 45 ölkə arasında başladılan, “Abxaziya və Sxinvali regionlarından məcburi köçkünlərin statusu haqqında” adlı rezolyusiya qəbul etdi. Sənəd 79 səslə dəstəkləndi, 15 səs isə, onun əleyhinə verildi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, rezolyusiya Gürcüstanın işğal altında olan ərazilərindəki demoqrafik dəyişiklikləri qınayır və həmin regionlardan məcburi köçkünlərin və qaçqınların, təhlükəsiz şəkildə evlərinə qayıtmalarını dəstəkləyir.

Nazirliyin məlumatına görə, rezolyusiya Abxaziya və Sxinvali regionlarında humanitar fəaliyyətin maneəsiz həyata keçirilməsinin zərurətini vurğulayır.