Səudi Ərəbistanda 2019-cu ildə, rekord sayda edam cəzası icra edildi.
Bu barədə məlumatı “Ei-Bi-Si Nyus” yerli humanitar təşkilatların göstəricilərinə əsasən yayır.
ABC News-un məlumatına görə, bir il ərzində Ərəbistan Krallığında tam olaraq, 184 nəfər edam edildi. Onlardan 90 nəfəri xarici ölkələrin vətəndaşı idi.
Məlumdur ki, edam edilənlərin əksəriyyəti (82 nəfər) narkotik maddələrin kontrabandasına görə məsuliyyətə cəlb olunmuşdu, 67 nəfər isə, qətl cinayətinə görə edam edidi.
Həmçinin, 2020-ci ilin ilk ayında, Səudi Ərəbistanda dörd cinayətkar edam edildi.
Son bir neçə il ərzində, Səudi Ərəbistan insan hüquqlarının pozulması ilə bağlı tez-tez tənqid obyekti olur.
Səudi Ərəbistanın tənqid edildiyi səbəblərdən biri də, “Vaşinqton Postun” jurnalisti Cemal Kaşıkçının, İstanbulda, Səudi Ərəbistan Konsulluğunda qətlə yetirilməsi idi.