“Milli Hərəkat”ın üzvü Qiorqi Botkoveli Abdulla İsmayılovun səhhəti pisləşdiyi üçün aclıq aksiyasını dayandırdığını bildirib.
“Yoldaşlarımızdan Abdulla İsmayılovun səhhəti pisləşdiyi üçün aclığı dayandırmalı oldu, hərarəti yüksəlmişdi və həkimlər, biz ona aclığı dayandırmağı məsləhət gördük. Digər yoldaşlarımıza gəlincə, Ani, Temur və Dato özlərini sağlam hiss edirlər və bu siyasi aktın xidmət etdiyi məqsəd üçün mübarizəyə hazırdırlar. İstər yoldaşlarımızın aclıq aksiyası olsun, istərsə də aksiyalar olsun, etirazın bütün formalarından istifadə edəcəyik”- deyə Qiorqi Botkoveli açıqlayıb.
Bununla yanaşı, Qiorqi Botkoveli daha bir neçə komanda yoldaşının aclıq aksiyası keçirənlərə qoşulmağı nəzərdən keçirdiyini bildirib.
Həkimlər bu dəqiqələrdə aclıq aksiyası keçirən deputatlara baş çəkmək üçün parlamentdədirlər.
“Milli Hərəkat”ın bir neçə deputatı dekabrın 15-də aclıq aksiyası elan edib. Onların qeyd etdiyi kimi, “Mixeil Saakaşvili sağlamlığının təmin ediləcəyi ölkəyə köçürülənə qədər aclıq aksiyası keçirirlər”.