ABC News: ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin saxlanma mərkəzində Gürcüstan vətəndaşı vəfat edib

10:47, 10.06.2026

ABC News: ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin saxlanma mərkəzində Gürcüstan vətəndaşı vəfat edib

ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) saxlanma mərkəzində Gürcüstan vətəndaşı vəfat edib. Medianın məlumatına görə, 43 yaşlı Mamuka Artmeladze iyunun 4-də Luiziana ştatında dünyasını dəyişib.

ABC News-un xəbərinə görə, bu barədə qurum qanunvericilərə rəsmi bildiriş göndərib.

ICE-in məlumatında qeyd olunur ki, Artmeladze huşsuz vəziyyətdə aşkarlanıb və yerli tibb mərkəzinə çatdırılıb.

“Göstərilən təxirəsalınmaz tibbi yardım və həyatını xilas etmək üçün görülən tədbirlərə baxmayaraq, təxminən saat 23:22-də həkim Mamuka Artmeladzenin vəfat etdiyini elan edib”, – bildirişdə deyilir.

ABC News-un məlumatına əsasən, Artmeladzenin ölümünün rəsmi səbəbi hələ müəyyən edilməyib və bu, məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

ICE-in açıqlamasına görə, Artmeladze fevral ayında Yeni Orleanda keçirilən əməliyyat zamanı saxlanılıb. Əməliyyat “ictimai təhlükəsizlik üçün risk hesab edilən kommersiya nəqliyyatı sürücülərinə” qarşı yönəldilmişdi.

“ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Xidməti Artmeladzeni onun ABŞ-da qanuni qalmaq hüququnun olmadığı müəyyən edildikdən sonra saxlayıb”, – qurumdan bildirilib.

ABC News qeyd edir ki, ICE-in saxlanma mərkəzlərində ölüm hallarının artması fonunda qanunvericilər və miqrant hüquqlarını müdafiə edən təşkilatlar bu müəssisələrdəki şəraiti getdikcə daha sərt tənqid edirlər.

Oxşar