Abbas Əraqçi: İslamabad Memorandumuna əsasən, ABŞ Prezidenti Təl-Əvivdəki ‘ev heyvanlarına’ cilov vurmağı öhdəsinə götürüb. Əgər onlar sahibinin göstərişlərinə məhəl qoymasalar, İran onları ‘tərbiyə edəcək’

18:06, 01.07.2026

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran xalqına və ölkə rəhbərliyinə qarşı istənilən hədə cavabsız qalmayacaq.

“İslamabad Anlaşma Memorandumu hamı üçün tam aydın və açıqdır. ABŞ Prezidenti Təl-Əvivdəki öz ‘himayəsində olanları’ nəzarətdə saxlamağı öhdəsinə götürüb. Əgər onlar sahibinin göstərişlərinə məhəl qoymasalar, İran onları ‘tərbiyə edəcək’. Xalqımıza və rəhbərlərimizə qarşı istənilən hədə dərhal və qətiyyətli cavabla qarşılanacaq”, – deyə Əraqçi İsrailin müdafiə naziri İsrael Katz-ın bəyanatına cavab olaraq sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, jurnalistlər İsrailin müdafiə nazirindən İranın yeni ali dini lideri ilə bağlı sual ünvanlayıblar. İsrael Katz cavabında həmin şəxsin “ölüm üçün hədəf seçildiyini” bildirib və əlavə edib ki, Tehran Vaşinqtonla danışıqlarda “güzəştlər əldə etməyə” çalışsa da, İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Oxşar