Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Nyu-Yorkda vasitəçilərlə görüş keçirəcək

19:29, 28.09.2026

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Nyu-Yorkda vasitəçilərlə görüş keçirəcək. İran mediası diplomatik mənbəyə istinadən yazır ki, görüşdə cari hadisələr müzakirə olunacaq və aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, İranda ABŞ ilə heç bir danışıqların planlaşdırılmadığını bəyan edirlər.

Bir sıra Qərb mənbələri xəbər verirdilər ki, İran və ABŞ Nyu-Yorkda, vasitəçilərin iştirakı ilə danışıqlar apara bilərlər.

Mənbə həmçinin qeyd edib ki, ötən çərşənbə axşamı Qətər vasitəçisi ilə görüş zamanı İran tərəfi Hörmüz boğazının açılması ilə bağlı şərtlərini və təkliflərini açıq şəkildə təqdim edib.

Oxşar