İsveçin ABBA qrupunun Avroviziya Mahnı Müsabiqəsində qələbəsindən 50 il keçib.
ABBA-nın 6 aprel 1974-cü ildə Avroviziya Mahnı Müsabiqəsində qələbəsi qrupun karyerasında ən mühüm mərhələlərdən biri hesab olunur.
Böyük Britaniyada keçirilən Eurofest-də qrup Avroviziya tarixinin ən yaxşı mahnısı seçilən “Waterloo” müsabiqə mahnısını ifa edib. O zaman “Waterloo” on Avropa ölkəsində birinci yerə çıxdı. Mahnı həmçinin, Avropadan kənarda, Avstraliya, Yeni Zelandiya və Kanadada top-hit oldu və ABŞ-da Billboard Hot 100-ün ilk onluğuna daxil oldu.
50 il əvvəl müsabiqədə qalib olmaq ABBA-nın parlaq karyerasının başlanğıcı oldu.
Bu il Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edən ölkə İsveçdir. Avroviziya Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də Malmö şəhərində, Malmö Arenada keçiriləcək.