Abaşidze-Karasinin növbəti görüşü fevralın sonunda keçiriləcək
Abaşidze-Karasinin növbəti görüşü fevralın sonunda keçiriləcək

Rusiya ilə əlaqələr məsələləri üzrə, Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi, Zurab Abaşidze və Rusiya Xarici İşlər naziri müavini, Qriqori Karasin arasında növbəti görüş, Praqada fevralın sonunda keçiriləcək, – bu barədə məlumatı Birinci Kanala Zurab Abaşidze təsdiq etdi.

Abaşidzenin qeyd etdiyinə görə, Karasin ilə telefon söhbəti baş tutdu və görüş tarixi olaraq fevralın sonu qərara alındı.

2019-cu ildə bu, Abaşidze-Karasinin ilk görüşü olacaq.