Abaşada, Rionidə səkkiz yaşlı uşağı axtarırlar
Abaşada, Rionidə səkkiz yaşlı uşağı axtarırlar

Abaşa munisipalitetinin Quleykari kəndində, Rioni çayında səkkiz yaşlı uşağı üç saatdan artıqdır ki, axtarırlar.

Axtarış əməliyyatında yerlilər və xilasedicilər iştirak edirlər.

Abaşa Meriyasında bəyan edirlər ki, təxminən saat 18:00 radələrində Rioni çayı sahilində oynayan dörd yeniyetnəni çay apardı. Elə onların məlumatına görə, balıqçılar üçünü xilas edə bildilər, dördüncünü isə, çay apardı.

Axtarış bu dəqiqələrdə də aparılır. Hadisə yerinə iki xilasedici qrup, polis və təcili yardım qrupları səfərbər olunub.