AB-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək
AB-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək

 

AB-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək. Bu, Avropa komissarının Cənubi Qafqaz regionu ölkələrinə ilk səfəri olacaq.

Səfər “Şərq Tərəfdaşlığ”-ı ölkələri ilə əməkdaşlığı gücləndirməyi hədəfləyən , Avropa Komissiyası tərəfindən iyulun 2-də qəbul edilən təşəbbüsün davamıdır.

Avropa komissarı, Cənubi Qafqazda ölkələrinin siyasi liderləri, iş adamları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər zamanı bölgənin iqtisadi və investisiya planını, eləcə də konkret ölkələrə əsasən qabaqcıl təşəbbüslərini təqdim edəcək.

Varhey, AB ilə üç ölkə arasındakı ikitərəfli münasibətlərin vacib məsələlərini də müzakirə edəcək. Avropa komissarı, AB-nin koronavirus pandemiyasına qarşı mübarizədə tərəfdaş ölkələrlə həmrəy olmasını bir daha təsdiq edəcək.

Gürcüstana səfəri zamanı Oliver Varhey baş nazir İrakli Ğaribaşvili, xarici işlər naziri Davit Zalkaliani, parlament sədri Kaxaber Kuçava, müxtəlif partiyaların nümayəndələri və Katolikos-Patriarx II İlia ilə görüşəcək.

Avropa komissarı Azərbaycana səfəri zamanı xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov ilə görüşəcək.

Ermənistana səfəri zamanı Oliver Varhey prezident Armen Sarkisyan, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan, vitse-baş nazir səlahiyyətlərini icra edən Mher Qriqoryan və Patriarx II Qaregin ilə görüşəcək.