91 seçki məntəqəsinin fəaliyyət göstərdiyi Marneulidə səsvermə prosesi fasiləsiz davam edir
91 seçki məntəqəsinin fəaliyyət göstərdiyi Marneulidə səsvermə prosesi fasiləsiz və dinc şəkildə keçir. Bu barədə Marneulinin 22 saylı Dairə Seçki Komissiyasının sədri Ana Iluridze məlumat verib.
Onun sözlərinə görə, seçki məntəqələrində kovid tənzimləmələrə əməl olunur.
“Marneulinin 22 saylı Dairə Seçki Komissiyasında və bütün seçki məntəqələrində seçki prosesi dinc mühitdə keçirilir. 91 seçki məntəqəsi açılıb, bir çox məntəqə artıq səsvermə proseduruna başlayıb və ilk seçicini də qəbul edib. Kovid tənzimləmələrə həm seçki məntəqələrində, həm də seçki dairəsində əməl olunur, bütün şəxslər zəruri inventarla təchiz olunub. Buna görə də əlimizdən gələni edirik ki, bir -birimizin sağlamlığımızın qayğısına qalaq “, -deyə Marneulinin 22 saylı Dairə Seçki Komissiyasının sədri Ana Iluridze bildirib.
Onun sözlərinə görə, Marneulidə 100.086 seçici, bir kovid məntəqə, xüsusi siyahıda 49 seçici var, onlar üçün bir səyyar seçki qutusu ayrılıb.
İluridzenin sözlərinə görə, seçki məntəqəsində heç bir qanun pozuntusu müşahidə olunmayıb.