Mtatsminda rayonunda 9 Aprel küçəsinin abadlaşdırılması başa çatıb.
Tiflis meriyasından verilən məlumata görə, layihə çərçivəsində yeraltı kommunikasiyalar dəyişdirilib, kabel kanalları düzülüb və elektrik naqilləri yerin altına çəkilib, LED işıqları ilə xarici işıqlandırma şəbəkəsi quraşdırılıb. Yolun hərəkət hissəsinə bir neçə lay asfalt örtüyü döşənib, səki örtüyü təmir edilərək yenilənib.
Dəyəri 1,5 milyon lari olan reabilitasiya işləri Tbilisi meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti tərəfindən həyata keçirilib. Aparılan küçəyə bu gün paytaxtın meri Kaxa Kaladze baxış keçirib.