9 Aprel faciəsindən 34 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet İttifaqı silahlı qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, Parlament binası qaşısında dinc etiraz aksiyasını dağıtdılar, hansı da təlafatla nəticələndi.
Dağıtma nəticəsində 21 insan həlak oldu. Yüzlərlə vətəndaş müəyyən olunmayan tərkibli qazla zəhərləndi.
Sonralar, 1991-ci il aprelin 9-da isə, Ali Şura Gürcüstanın dövlət müstəqilliyinin bərpasını elan etdi.
9 Aprel Gürcüstanın ən yeni tarixinə faciə günü və eyni zamanda, Gürcüstanın müstəqilliyinin bərpası günü kimi yazıldı.
34 il bundan əvvəl həlak olan qəhrəmanlar: Aza Adamiya – 22 yaş; Natia Başaleişvili – 16 yaş; Eka Bejanişvili – 15 yaş; Nato Giorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarquliani – 41 yaş; Şalva Kvasroliaşvili – 35 yaş; Marina Çxoniya-Samarquliani – 31 yaş; Eliso Çipaşvili – 25 yaş; Tamar Çovelidze – 16 yaş; Nodar Cangiraşvili – 40 yaş; Mzia Cinçaradze – 43 yaş; Manana Melkadze – 26, Giya Karseladze – 25 yaş.