9 Aprel faciəsindən 35 il keçir. 1989-cu ilin aprelin 9-da səhər tezdən Sovet İttifaqının Silahlı Qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, parlament binası yaxınlığında dinc aksiyanı dağıtdılar, bu insanlar arasında tələfatla nəticələndi.
Aksiyanın dağıdılması nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə vətəndaş isə tərkibi naməlum qazdan zəhərləndi.
Daha sonra, 1991-ci ilin aprelin 9-da isə Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyini elan etdi.
Aprelin 9-u Gürcüstanın ən yeni tarixinə faciə günü və eyni zamanda, Gürcüstanın müstəqilliyinin bərpası günü kimi yazıldı.
34 il əvvəl həlak olmuş qəhrəmanlar:
Aza Adamia – 22 yaş; Natia Başaleişvili – 16 yaş; Eka Bejanişvili – 15 yaş; Nato Qiorqadze – 23 yaş; Tamuna Dolidze – 28 yaş; Tina Enukidze – 70 yaş; Nino Toidze – 22 yaş; Zaira Kikvidze – 61 yaş; Manana Loladze – 34 yaş; Tamar Mamulaşvili – 50 yaş; Venera Metreveli – 45 yaş; Mamuka Nozadze – 21 yaş; Nana Samarquliani – 41 yaş; Şalva Kvasroliaşvili- 35 yaş; Marina Chğonia-Samarquliani – 31 yaş; Eliso Chipaşvili – 25 yaş; Tamar Chovelidze – 16 yaş; Nodar Canqiraşvili – 40 yaş; Mzia Cincharadze – 43 yaş; Manana Melkadze – 26, Qia Karseladze – 25 yaş.