7 noyabr işi üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi təxirə salınıb
7 noyabr işi üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi təxirə salınıb

 
7 noyabr işi üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi axtarışda olan Zurab Adeişvili və Davit Kezeraşvilinin vəkili məhkəməyə gəlmədiyi üçün təxirə salınıb. Vəkilin məhkəməyə gəlməməsinə səbəb kimi sağlamlıq vəziyyəti göstərilib.

Bundan əvvəl Mixeil Saakaşvilinin vəkilləri müttəhimin bəyanat verməsinə icazə verilməsini istəyiblər. Beka Basilai bildirib ki, Saakaşvili çıxışını hazırlayıb və ona bir neçə dəqiqə vaxt ayrılmalıdır.

Saakaşvili “Vivamed” klinikasından xəttə olub, lakin hakimlər ona qoşulmağa icazə verməyiblər. Səbəb olaraq iclası davam etdirməyə qanuni hüquqlarının olmamasını göstəriblər.

“11 mart, saat 11:30-u təklif etmişik. Texniki cəhətdən biz davam edə bilmərik, çünki prosesi texniki cəhətdən idarə etmək mümkün deyil. Saakaşvilini heç vaxt məhdudlaşdırmamışıq. Qayda qaydadır. Saakaşvilinin məhkəməsini erkən təyin etmək üçün hər üç hakim iclasları geri saldıq” – kollegiyanın sədri Nino Elieşvili açıqlayıb.

Mixeil Saakaşvili, Davit Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili barəsində 7 noyabr aksiyasını dağıtmaq, “TV İmedi”yə basqın və Mtatsminda parkını müsadirə etmək məsələsində səlahiyyətlərindən sui-istifadə üzrə ittiham irəli sürülüb.