7 Noyabr epizodu üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi noyabrın 29-da yenilənəcək
7 Noyabr epizodu üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi noyabrın 29-da yenilənəcək

 

Tbilisi Şəhər Məhkəməsində noyabrın 29-da, saat 11:00-da 7 Noyabr epizodu üzrə Mixeil Saakaşvilinin məhkəmə prosesi yenilənəcək.

“Növbəti iclasların keçirilmə vaxtını tərəflərlə razılaşdırırıq, bizə müraciət edəndə müdafiə tərəfinə izahat verildi. İndi sizin intensiv rejimdə müzakirələrə başlayacağınıza dair bəyanatlar xeyr cənablar bunu məhkəmə tərəflərlərlə razılaşdıraraq, işin həcmindən dolayı müəyyən edir”- deyə bunadək hakim Nino Elieşvili bildirib.

Bununla yanaşı, hakim Lia Orkodaşvilinin sözlərinə görə, vəkil Beka Basilaia onları təhqir edib.

“Siz pul alırsınız dedi, bizi çox təhqir etdi. O, proseslərdə özünü tamam başqa cür aparırdı və indi də iştirakçı cəmiyyət qarşısında tamam başqa cür davranır. Mən bir hakim olaraq deyil də, bir insan kimi pis oluram” – deyə hakim Lia Orkodaşvili bildirib.

Xatırladaq ki, vəkillər etiraz olaraq məhkəmə iclasını tərk ediblər. Beka Basilaia iclasda fasilə elan edilməsini, Dimitri Sadzaqlişvili və Nika Qvaramiyanın məhkəmə prosesində iştirakına icazə verilməsini tələb edib.

“Fasilə elan edək, Sadzaqlişvili və Qvaramia məhkəmə prosesinə daxil olsunlar, onlar həbsxanada idilər və ola bilsin ki, onlarda yeni məlumatlar var və ya yeni hallara sahib olsunlar” -deyə Beka Basilaia bildirib.

Cavab olaraq, hakim qeyd edib ki, onların başladılmış prosesə daxil olması davamlılıq ( fasiləsizlik) prinsipinə uyğun gəlmir.

“Məhkəmə sizə dedi ki, texniki cəhətdən əgər istəsəniz, əlbətdə, başladılmış prosesə daxil olmaq davamlılıq ( fasiləsizlik) prinsipinə uyğun deyil”, – deyə hakim bildirib.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvilinin özü bugünkü məhkəmə prosesində iştirak etmir. Penitensiar Xidmət prosesin başlamasınadək bəyanat yaydı, bəyanatda mümkün destruktiv hərəkətlər və sağlamlıq üçün əlavə risklər səbəbindən qurumun Saakaşvilini məhkəməyə aparmaq imkanından məhrum olduğu bildirilib.