60-a qədər qaçqın ailəsinə yaşayış mənzilləri verildi
60-a qədər qaçqın ailəsinə yaşayış mənzilləri verildi

Tbilisidə, Aleksidze küçəsində yaşayan 60-a qədər qaçqın ailəsinə yaşayış mənzilləri veriləcək.

Bu barədə məlumatı Qaçqınlar məsələləri üzrə Dövlət Agentliyi yayır.

Agentliyin direktoru Besarion Simonişvilinin bəyanatına görə, qanuniləşdirmə prosesi artıq başladı və 2021-ci ilin əvvəlində qaçqın ailələri ev sahibi olacaqlar.

Qaçqınlar agentliyinin məlumatına görə, növbəti ildə, yaşayış mənzilləri 1 900 qaçqın ailəsinə veriləcək.